Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:18

BDU-da polis tədbirləri


BDU-nun qabağındakı yol nəqliyyat üçün açılıb. Aksiya keçirilməyib.

YAŞAR ƏLİYEV DƏ BDU-NUN QABAĞINDADIR


AzadlıqRadiosunun müxbirləri xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini
Yaşar Əliyev də BDU-nun qabağındadır, polis maşınında oturub gözləyir.

Bir neçə polis əməkdaşı «metro stansiyanın yanında təmir getdiyinə görə» buraya toplaşdıqlarını deyib.

Universitetin qarşısında tələbələr bir neçə qruplarla gözləyirlər. Onlardan biri AzadlıqRadiosu müxbirinə deyib ki, dərs olmadığı, «jurnal bağlandığı» üçün içəri getmirlər.

POLİS TƏLƏBƏLƏRƏ BDU-NUN QABAĞINA TOPLAŞMAĞA QOYMUR


Polislər BDU-nun qarşısına toplaşan, dərsdən çıxan tələbələri dağıdır, jurnalistlərə də göstəriş verir ki, dağılışsınlar, «şou düzəltməsinlər».

Özünü universitetin müəllimi kimi təqdim edən mülki geyimli, əlində rabitə qurğusu olan bir şəxs isə AzadlıqRadiosunun jurnalistinə təzyiq göstərərək kameranı əlindən almaq istəyib.

KÜÇƏ NƏQLİYYAT ÜÇÜN BAĞLANIB

Bakı Dövlət Universitetinin qarşısındakı küçə nəqliyyat üçün bağlanıb.

Metronun «Elmlər Akademiyası» stansiyasının qarşısından universitetə gedən yolda çoxsaylı polislər görünür. Polisin dediyinə görə, BDU-da tədbir olmalıdır, yol ona görə bağlanıb.

Universitetin qarşısında çoxlu media nümayəndəsi də var.

Bu gün gənc fəalların BDU-nun qabağında aksiya keçirəcəyi bildirilirdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG