«12 MART MİTİNQİ ÖLKƏDƏ SİYASİ VƏZİYYƏTİ DƏYİŞDİRİB»
«Yeni Müsavat» qəzeti 12 mart aksiyasında saxlanan Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının müsahibəsini yayımlayıb.
«Polislər öz şərfimlə məni boğmaq istəyirdilər» sərlövhəli yazıda Arif Hacılı deyir ki, yaxın zamanlarda elə aksiyalar keçiriləcək ki, 12 mart hadisəsini çoxları unudacaq. Onun fikrincə, 12 mart mitinqi ölkədə siyasi vəziyyəti əsaslı şəkildə dəyişdirib:
«Siyasi prosesin başlanğıcında, xüsusilə icazəsiz aksiyalarda əsas fəallığın siyasi partiya nümayəndələri tərəfindən edilməsi təbiidir. Mən bir qayda olaraq keçirilən kütləvi aksiyalarda həbsxanada olmadığım bütün dövrlərdə iştirak etmişəm. Xüsusilə icazəsiz mitinqdə iştirak edən kontingenti çox yaxşı tanıyıram. Tam məsuliyyətimlə deyirəm ki, bu aksiyada mənim tanımadığım xeyli adam var idi. Hətta mən bu gün mətbuatda, internetdə şəkillərə, videolara baxıb görürəm ki, aksiyada xeyli tanımadığım adam iştirak edib. Bu mənada əvvəllər heç vaxt mitinqlərə qatılmayan adamların da 12 mart mitinqində iştirak etməsi hakimiyyət mənsublarının bu istiqamətdəki fikirlərini təkzib edir. 12 mart mitinqindən sonra Azərbaycanda yeni siyasi şərait yaranıb və bu siyasi şəraitdə müxalifət, bütövlükdə demokratik qüvvələr Azərbaycanın gələcəyini düşünən insanlar, cəmiyyət düzgün qərarlar qəbul edib bu prosesi uğurla yekunlaşdırmalıdır».
«DEMOKRATLAR, ÖZ QURUMLARINIZI MÖHKƏMLƏNDİRİN!»
«Azadlıq» qəzeti 13-14 mart tarixli sayında Con Hopkins Universitetinin Transatlantik Araşdırmalar Mərkəzinin eksperti Kimana Suleta-Fulşerin müsahibəsini yayımlayıb. Kimana Suleta-Fulşer ərəb dünyasında baş verən inqilablar və bunun Azərbaycana təsiri ilə bağlı sualları cavablandırıb:
«İnqilab dalğasının yarandığı ərəb ölkələrində iqtisadi, sosial və siyasi şərait, habelə, əhalinin narazılığının təzahürü dərəcəsi və hakimiyyət tərəfindən təklif edilən qərarlar kifayət qədər fərqlidir. Bu etiraz dalğaları arasındakı ciddi fərqlər onların geniş miqyaslı müqayisəsinə mane olur. Üsyanlar beynəlxalq ictimaiyyət üçün gözlənilməz oldu. Azərbaycan demokratları, çox güman ki, hökumətə təzyiqlə yanaşı, öz qurumlarını möhkəmlətmək və beynəlxalq ictimaiyyətlə əlaqə saxlamalıdırlar ki, bu da zamanı gələndə, asanlıqla keçid etməyə imkan verəcək».
«HÖKUMƏT QAÇQINLAR ÜÇÜN HƏR ŞƏRAİTİ YARADIB»
«Azərbaycan» qəzeti «Qaçqın və məcburi köçkünlərə yüksək dövlət qayğısının daha bir real nümunəsi» adlı məqaləsində hökumətin qaçqın və məcburi köçkünlərlə bağlı apardığı işləri sadalayıb.
Məqalə müəllifi yazır ki, çadır şəhərciklərinin ardınca qaçqın və məcburi köçkünlərin məskunlaşdığı fin qəsəbələrinin ləğvi istiqamətində də mühüm addımlar atılır:
«Ümumilikdə isə 2013-cü ilə qədər ölkə ərazisindəki bütün fin qəsəbələrinin ləğvi gözlənilir. Artıq üç belə qəsəbənin ləğvindən sonra görüləcək işlər sayəsində daha 13 fin qəsəbəsində yaşayan məcburi köçkünlər müasir standartlara uyğun evlərlə təmin ediləcəklər. Artıq İmişlidə fin qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün yeni yaşayış məntəqəsinin salınması məqsədilə torpaq sahəsi ayrılıb və həmin sahə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansına daxil edilib. Eyni zamanda, bu məqsədlə Ağcabədi və Şəkidə də torpaq sahəsi ayrılıb, orada layihələndirmə işləri başa çatıb...».