Keçid linkləri

2024, 10 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:22

Astara gömrüyündə yenə növbə yaranıb


İran tərəfi problemi kompyuter sisteminin sıradan çıxması ilə izah edib
İran tərəfi problemi kompyuter sisteminin sıradan çıxması ilə izah edib
İrana keçmək üçün növbəyə duran yük maşınların uzunluğu 3 kilometrə çatır. İki gündür ki, növbə yaranıb. Astara terminalından AzadlıqRadiosuna verilən məlumata görə, növbənin yaranması Azərbaycan tərəfi ilə bağlı deyil. Terminalından bildirildiyinə görə, İran tərəfi bunu kompyuter sisteminin sıradan çıxması ilə izah edib. Buna görə də sənədləşmələr gecikir, İrana keçmək istəyən yük maşınların növbəsi yaranır.

Martın 14-dən etibarən İrandan qayıdan hər bir Azərbaycan vətəndaşı 5 kiloqramdan artıq yük gətirə bilməz. Azərbaycan tərəfdən bildirildiyinə görə, bu qaydanı da İran gömrükxanası tətbiq edib. Bu hal Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun İrana səfərdən sonra baş verib.
XS
SM
MD
LG