Keçid linkləri

2026, 26 İyul, bazar, Bakı vaxtı 04:42

ABŞ Ərəb Dövlətləri Lİqasının çağırışını alqışlayıb

Birləşmiş Ştatlar Ərəb Dövlətləri Liqasının Liviya üzərində uçuşları qadağan etmək çağırışını alqışlayıb.

Ağ ev ərəb dövlətlərinin bu mövqeyinin Liviyada zorakılığın dayandırılması istiqamətində vacib addım olduğu bildirilir.

Amma Vaşinqton hələlik bu məsələnin təcili BMT-nin təhlükəsizlik şurasına çıxarılmasını təklif etməyib.

Birləşmiş Ştatlarla Avropa Birliyi bundan əvvəl Liviya lideri Muammar Gaddafini artıq legitimliyini itirdiyinə görə, siyasətdən getməyə çağırıblar.

Liviyada silahlı toqquşmalar davam edir.

Gaddafiyə sadiq qüvvələr son bir neçə gün ərzində üsyançıların əlində olan bir neçə şəhəri geri qaytarıblar.
This item is part of
XS
SM
MD
LG