Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:28

Yaponiyada ölənlərin sayı 10 mini ötə bilər


Yaponiyada zəlzələ və sunamidən ölənlərin sayı 10 mini ötə bilər.

Bu barədə Miyagi polisi bildirib.

Miyagi şəhəri ölkənin şərqində, ən çox ziyan dəymiş bölgədə yerləşir.

Təkcə bu şəhərdə 400-ə yaxın adam ölüb.

Ümumilikdə isə İndiyədək 900-ə yaxın adamın öldüyü təsdiqlənib.

Zəlzələ nəticəsində qəza baş vermiş atom elektrik stansiyasının yerləşdiyi Fukusima rayonundan 200 minədək adam köçürülüb.

Yaponiya hökuməti stansiyada növbəti partlayışın mümkünlüyünü istisna etmir

Nazirlər kabinetinin rəhbəri Yukio Edano hazırda lazımi tədbirlər görüldüyünü deyir.


Zəlzələnin ardınca şənbə günü Fukusima-1 stansiyasındakı reasktorlardan birində partlayış baş verib.

Stansiyanın ətrafında şüalanma normadan artıqdır.

Mütəxəssislər yeraltı təkanların 9 bal gücündə olduğunu deyirlər.
XS
SM
MD
LG