Azadlığın yolçusu
Eheeey…dur yolçu
Bir ayaq saxla,
səndən öncəkilər geri qayıtmadılar
Heç nə söyləmədilər gedərkən
Hamısı mənim yanımdan keçdi…
Üst başları toz içində, bədənləri qan içində.
Saçları dağınıq, bədənləri çapıq-çapıq.
Qan axırdı başlarından
Sevinc yağırdı gözlərindən.
Nəyisə tapmış kimi
Savaşdan çıxmış kimi
Uzaqlardakı bir sevdaya
qovuşmuş kimi.
Zəncirlərdən qurtulmuş kimi.
Bir hal vardı üzlərində.
Eynilə sənin kimi yolçu.
Haradır getdiyiniz yol,
getmədən söylə mənə azacıq?
-Dinlə o zaman:
Azadlıq, azadlıq, azadlıq…
27.02.2011
İstədim
Son işıq da söndü içimdə
Dönəcəyini düşünmüşdüm
Budda olmaq istədim sən getdiyində
Özümdən qaçmaq istədim.
Dərviş olmaq istədim
Dilənəsi bir çörəyə
Qaçacağı bir sevgiyə möhtac
Yaşam sürmək istədim.
İsa olmaq istədim
Çarmıxda qanım axdığında
Sevginin edama çəkildiyini
Görməni istədim.
Əslində sənin də acı çəkməni istədim.
Məni anlaman üçün.
07.03.2011
Dənizə gömülən sevda
Unutmaq çətin oldu.
Bəlkə də bunları yazarkən, sən kim bilir hansı yoxluqdasan
Yazarkən bulanıq təsəvvürlər gəlir göz önünə
Sən bir varsan, bir yoxsan.
Bir diktator haqqında danışmışdım sənə
Yadındamı söyləmişdim
Günəşi söndürmək istəyirdi
Ruhlarını bədənlərində saxlaması üçün
İnsanlara vergi kəsən bir diktator.
Mən də onun kimi imkansız istəklər arxasınca qaçdım.
Qonşuluqda yaşayan bir qoca haqqında danışmışdım sənə.
Keçənlərdə ölmüşdü, əlində ilk sevgilisindən saxladığı
Bir rəsm qalmışdı
O, rəsmlə birlikdə dəfn etdilər o qocanı.
Mən də səni elə sevmişdim.
Xatırlayırsanmı, o şairi, qağayılara şeir oxuyan
Çox gülmüşdük ona, dəli sanmışdıq.
İndi onunla dostlaşmışam,
qağayıların dilini anlayıram.
O, şairi anlayıram.
Hər sabah axşamları yazdığımız şeirləri.
Qağayılara oxuyaraq itən sevgiləri dənizə gömürük.
27.02.2011
Tut əlimdən, cocuq…
Gəl tut əlimdən, çocuq
Səni bağlı qapılardan keçirəcəm
Gözlərini yum, ən böyük arzunu düşün.
Nə istəsən olacaq…
Yox, elə bilmə qızıl balığam mən
Ya da şüşədən çıxan bir cin.
Mən qızıl balığın yaşadığı
Sulardan daha dumduru
Cinin yarandığı atəşdən daha parlağam.
Mən foksyor da deyiləm çocuq
Şapkadan dovşan çıxarmaq kimi
Kiçik işlərlə məşğul olmuram.
Mən sənin, nə atan, nə də anan
deyiləm çocuq
Onlardan küsəndə üzünü dayayıb
ağladığın divar deyiləm çocuq.
Mən sənin ümidlərinəm çocuq.
Gözəl günləri görəcəyik türküsüylə
Səni yaşama səsləyən
Səni etiraza səsləyən
Bir gün bütün arzulara çatacağını
Pıçıldayan ümidlərinəm.
17.12.2010
Eheeey…dur yolçu
Bir ayaq saxla,
səndən öncəkilər geri qayıtmadılar
Heç nə söyləmədilər gedərkən
Hamısı mənim yanımdan keçdi…
Üst başları toz içində, bədənləri qan içində.
Saçları dağınıq, bədənləri çapıq-çapıq.
Qan axırdı başlarından
Sevinc yağırdı gözlərindən.
Nəyisə tapmış kimi
Savaşdan çıxmış kimi
Uzaqlardakı bir sevdaya
qovuşmuş kimi.
Zəncirlərdən qurtulmuş kimi.
Bir hal vardı üzlərində.
Eynilə sənin kimi yolçu.
Haradır getdiyiniz yol,
getmədən söylə mənə azacıq?
-Dinlə o zaman:
Azadlıq, azadlıq, azadlıq…
27.02.2011
İstədim
Son işıq da söndü içimdə
Dönəcəyini düşünmüşdüm
Budda olmaq istədim sən getdiyində
Özümdən qaçmaq istədim.
Dərviş olmaq istədim
Dilənəsi bir çörəyə
Qaçacağı bir sevgiyə möhtac
Yaşam sürmək istədim.
İsa olmaq istədim
Çarmıxda qanım axdığında
Sevginin edama çəkildiyini
Görməni istədim.
Əslində sənin də acı çəkməni istədim.
Məni anlaman üçün.
07.03.2011
Dənizə gömülən sevda
Unutmaq çətin oldu.
Bəlkə də bunları yazarkən, sən kim bilir hansı yoxluqdasan
Yazarkən bulanıq təsəvvürlər gəlir göz önünə
Sən bir varsan, bir yoxsan.
Bir diktator haqqında danışmışdım sənə
Yadındamı söyləmişdim
Günəşi söndürmək istəyirdi
Ruhlarını bədənlərində saxlaması üçün
İnsanlara vergi kəsən bir diktator.
Mən də onun kimi imkansız istəklər arxasınca qaçdım.
Qonşuluqda yaşayan bir qoca haqqında danışmışdım sənə.
Keçənlərdə ölmüşdü, əlində ilk sevgilisindən saxladığı
Bir rəsm qalmışdı
O, rəsmlə birlikdə dəfn etdilər o qocanı.
Mən də səni elə sevmişdim.
Xatırlayırsanmı, o şairi, qağayılara şeir oxuyan
Çox gülmüşdük ona, dəli sanmışdıq.
İndi onunla dostlaşmışam,
qağayıların dilini anlayıram.
O, şairi anlayıram.
Hər sabah axşamları yazdığımız şeirləri.
Qağayılara oxuyaraq itən sevgiləri dənizə gömürük.
27.02.2011
Tut əlimdən, cocuq…
Gəl tut əlimdən, çocuq
Səni bağlı qapılardan keçirəcəm
Gözlərini yum, ən böyük arzunu düşün.
Nə istəsən olacaq…
Yox, elə bilmə qızıl balığam mən
Ya da şüşədən çıxan bir cin.
Mən qızıl balığın yaşadığı
Sulardan daha dumduru
Cinin yarandığı atəşdən daha parlağam.
Mən foksyor da deyiləm çocuq
Şapkadan dovşan çıxarmaq kimi
Kiçik işlərlə məşğul olmuram.
Mən sənin, nə atan, nə də anan
deyiləm çocuq
Onlardan küsəndə üzünü dayayıb
ağladığın divar deyiləm çocuq.
Mən sənin ümidlərinəm çocuq.
Gözəl günləri görəcəyik türküsüylə
Səni yaşama səsləyən
Səni etiraza səsləyən
Bir gün bütün arzulara çatacağını
Pıçıldayan ümidlərinəm.
17.12.2010