Bakıda Novruz bayramı günlərində yol polisi piyadalarla bağlı reydlərə başlayacaq.
Bu barədə «Trend»ə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.
Şöbə rəisi deyib ki, bayram günlərində paytaxt küçələrində piyadaların hərəkəti intensiv olduğundan yol qəzalarının başvermə riski çoxdur.
İdarə rəsmisinin sözlərinə görə, bayram günlərində yol polisi əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcəklər.
Kamran Əliyevin sözlərinə görə, ötən gecə Bakıda qeydə alınan 9 yol nəqliyyat hadisəsindən 7-si piyadaların vurulması ilə bağlı olub. Nəticədə 2 piyada həlak olub, 5-i isə xəsarət alıb.
Qəzaların hamısı günün qaranlıq vaxtlarında qeydə alınıb.