Keçid linkləri

Təcili xəbərlər
2023, 24 Mart, Cümə, Bakı vaxtı 03:49

Ağ Ev Qaddafinin məğlub olacağını düşünür


Ağ Ev Liviya ilə bağlı ölkənin kəşfiyyat idarəsinin rəhbəri James Clapperin mövqeyini tənqidlə qarşılayıb.

Clapper Muammar Qaddafi rejiminin üsyançıları üstələyəcəyini güman edir.

Clapper Senatda dinləmələr zamanı bildirib ki, Qaddafinin istefaya gedəcəyi və Liviya böhranını həll etmək üçün şərait yaradacağı görünmür. O, hökumət qüvvələrinin daha yaxşı silahlandığını, ona görə də üsyançılar üzərində qələbə qazanacağını güman edir.

Ancaq ABŞ prezidentinin milli təhlükəsizlik məsələsi üzrə məsləhətçisi Tom Donilon bu bəyanatı tənqidlə qarşılayıb. Bildirib ki, Qaddafini beynəlxalq təcridi və liviyalıların prezidenti devirmək əzmi Liviyada böhranla bağlı həlledici rol oynaya bilər.
XS
SM
MD
LG