Keçid linkləri

2024, 06 Noyabr, çərşənbə, Bakı vaxtı 12:03

Yaponiyada güclü zəlzələ olub, xeyli sayda xəsarət alan var


Yaponiyanın şimalında 8,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin gücü gözlənildiyindən artıq olub.

Zəlzələdən sonra 4 metr hündürlüyündəki sunami zəlzələnin episentrinə yaxın ərazidə maşınları, hətta binaları yuyub aparıb. Qatarların hərəkəti dayanıb.

Yaponiyanın Kyoto agentliyinin məlumatına görə, şimalda xeyli sayda insan xəsarət alıb. Ancaq dəqiq say hələlik açıqlanmayıb. Yeraltı təkanları episentrdən 400 km aralıda paytaxt sakinləri də hiss edib.

Tokioda bir neçə binada yanğın olub.

Zəlzələ Honsyu adasından 24 km şərqdə qeydə alınıb.
Yaponiya dünyanın ən seysmik bölgələrindən biridir.
XS
SM
MD
LG