Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 19:50

NDI ofisi hökumətlə danışıqlar aparır...


ABŞ Milli Demokratiya İnstitutu (NDI) Azərbaycanda fəaliyyəti ilə bağlı danışıqlar getdiyini bildirir və aldığı dəstəyə görə minnətdarlıq edir

Milli Demokratiya İnstitutundan yayılan məlumata görə martın 7-də Azərbaycanın Ədliyyə Nazirliyi MDİ- ə hüquqi şəxslərin və qeyri-hökümət təşkilatlarının dövlət qeydiyyatına alınması haqda qanunlara istinad edən məktub verib. "MDİ bu məsələni ABŞ səfirliyi və Azərbaycan hökümətinin nümayəndələri ilə məsləhətləşmələrlə həll etməyə çalışır və məsələnin çevik həllinə ümid edir. MDİ aldığı dəstək bəyanatlarına görə öz minnətdarlığını bildirir" - deyə məlumatda qeyd edilir.

Milli Demokratiya İnstitutu bildirir ki, Azərbaycan hökuməti onlardan ölkədə fəaliyyətini dayandırmağı tələb etməyib. Sadəcə hazırda qeydiyyatla bağlı danışıqlar davam edir.

AzadlıqRadiosuna daxil olan məlumata görə, martın 7-də Ədliyyə Nazirliyindən MDİ-nun Azərbaycan nümayəndəliyinə verilən məktubda beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə Azərbaycan qanunvericiliyinin imkan vermədiyi bildirilir.

Milli Demokratiya İnstitutu son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb.

Birləşmiş Ştatların Bakıdakı səfirliyinin sözçüsü Kieth Bean AzadlıqRadiosuna bildirib ki. NDI nümayəndəliyi ilə bağlı məsələni aydınlaşdırmağa çalışırlar. Məsələ aydınlaşan kimi rəsmi məlumat yayılacaq.

NDI Azərbaycanda siyasi partiyalarla bağlı proqramları bir ildən artıqdır ki, dayandırmışdı. Təşkilatın ölkədə əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG