Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Karzainin dayısı oğlu əməliyyat zamanı öldürülüb


Əfqanıstan prezidenti Həmid Kərzainin dayısı oğlu Yar Məhəmməd Xan ABŞ əsgərlərinin keçirdiyi əməliyyat zamanı ölüb.

Qəndəhar rəhbərliyinin məlıumatına görə, o çərşənbə günü axşam keçirilmiş əməliyyat zamanı öldürülüb.

Həmid Kərzainin kiçik qardaşı və regional şuranın sədri Əhməd Vəli Kərzai məlumatı təsdiqləyib və onun səhvən öldürüldüyünü deyib.

Prezident Həmid Kərzai dəfələrlə koalisiya qüvvələrini hərbi əməliyyatlar zamanı dinc sakinlərin ölümünə görə ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG