Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 01:48

Avropa Birliyi və NATO Liviyaya görə yığışırlar



Bu gün Avropa Birliyi və NATO-nun döyüşlərin davam etdiyi Liviyada münaqişəni həlli etmək üçün Brüsseldə bir araya gəlməsi gözlənir.

AB-nin nazirləri qurumun martın 11-ə nəzərə tutulan sammitindən əvvəl NATO müttəfiqləri ilə görüçməsi nəzərdə tutulur.

NATO və AB üzün müddətdir ki, Liviya lideri Muammar Qaddafi hakimiyyəti tərk etməyə çağırırlar, amma ölkə üzərində uçuşların qadağan olunması ilə bağlı qərar verməyiblər.
Fransa və Britaniya tərəfdardır ki, BMT-nin Təhlükəsizlik Şurası Liviya üzərində uçuşlara qadağa qoysun, amma ABŞ və bəzi ölkələr deyirlər ki, ərəb dövlətləri də daxil olmaqla hər bir ölkə bu qərarı dəstəkləməlidir.
XS
SM
MD
LG