Son günlər «Facebook» sosial şəbəkəsinin fəallarının təqib və həbsləri səngimir. Martın 9-da məlum olub ki, bir gün əvvəl polis tərəfindən saxlanılan Müsavat partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlıya elə həmin gün də 5 gün həbs verilib. Və o Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasındadır.
Halbuki, Səxavət Soltanlı gözlənilmədən yoxa çıxdığı gün, yəni martın 8-də yaxınları nə qədər çalışsalar da onun barəsində heç nə öyrənə bilməmişdilər. Elə buna görə də onun qardaşı Qədim Soltanlı hakimiyyəti adam oğurluğunda ittiham edir:
«Qardaşımı martın 8-də səhər itirmişəm, 9-da günortadan sonra tapmışam. Bu insan oğurluğudur. Bunun başqa adı yoxdur. Aptekdən dərman alıb gələn adamı xəbər vermədən, çağırış vərəqəsi göndərmədən küçədən götürüb aparırlar. İnsanın bütün konstitusion hüquqlarını bu şəkildə pozmaq həbs deyil, oğurluqdur. Mən bunu «Əliyev rejiminin insan oğurluğu» adlandırıram. Hacı Məmmədov gedib, onlar qalıb».
Qədim Soltanlı deyir ki, həmişə telefonu açıq olan və zənglərə dərhal cavab verən bir adamın qəfil yoxa çıxması ailə üzvlərində ciddi nigarançılıq yaradıb. Hamı fikirləşib ki, görəsən o, necə oldu?
POLİS GƏNCLƏRİ EYNİ SSENARİ İLƏ SAXLAYIR
Həmin gün həbs olunan daha bir gənc- Rəşadət Axundov da 5 günlük inzibati cəza alıb və o da Binəqədidəki İnzibati Həbs Olunanların Saxlanma Təcridxanasındadır.
Martın 9-da təcridxanada Rəşadət Axundov və Səxavət Soltanlı ilə görüşən vəkil Elçin Namazov deyir ki, bütün həbslər eyni ssenari üzrə həyata keçirilir. Mülki geyimli naməlum şəxslər heç bir vəsiqə göstərmədən, polis olduqlarını belə deməyi vacib saymadan adamı saxlayır, ətraf mühitlə əlaqəsini kəsmək üçün telefonunu əlindən alırlar, heç nə izah etmədən götürüb aparırlar. Bu isə itən adamların yeri bəlli olanadək-yəni məhkəmədə və ya təcridxanada tapılanadək onların ailə üzvlərini nigarançılıq içində saxlayır.
«POLİSİ QINAMAQ ƏDALƏTSİZLİKDİR»
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə hesab edir ki, polisi adam oğurluğunda ittiham edənlər, ümumiyyətlə bu cür düşünənlər polisin fəaliyyəti haqda təsəvvürü olmayanlardır. Adam polisə özü təslim olmayanda sözsüz ki, polis qanunla ona həvalə olunmuş vəzifəsini yerinə yetirir. Yəni əgər hansısa hüquq pozuntusu varsa, polisin vəzifəsi onu aradan qaldırmaq və bunu edən şəxsi saxlayıb məsuliyyətə cəlb etməkdir:
«Azərbaycan hüquqi demokratik dövlətdir. Cinayət törətməmiş, yaxud hər hansı hüquq pozuntusuna yol verməmiş vətəndaşın polislə heç bir problemi yoxdur. Siyasi əqidəsinə, düşüncəsinə, haradasa nəsə yazmağına –yəni söz azadlığına görə heç kim təqib olunmur. Konkret olaraq deyilən bütün hallarda isə ortada ən azı hüquqpozma var».
Orxan Mansurzadə təəssüflə qeyd edir ki, polisi öz vəzifəsini yerinə yetirdiyinə görə ictimai qınaq obyektinə çevirmək, bundan siyasi xal qazanmaq cəhdləri son vaxtlar bir tendensiya xarakteri almaqdadır. Və məqsədli şəkildə görülən bu işdə bəzi vəkillər də iştirak edir. DİN sözçüsü bunu “ədalətsizlik” adlandırır və əlavə edir ki, bütün hallarda polis qanunla ona həvalə olunmuş vəzifənin öhdəsindən gəlir, özü də layiqincə.
TAKSİ SÜRÜCÜSÜ İLƏ SƏHV SALINAN GƏNC FƏAL
Martın 9-da gənc fəal Etibar Salmanlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində olub. Bu barədə o AzadlıqRadiosuna bildirib ki, bir neçə gündür polis bölməsinin əməkdaşları yaşadığı evə gələrək ailəsindən yerini soruşurlar. Sonuncu dəfə polis əməkdaşları evə martın 9-da gəliblər. O da qərara alıb ki, bölməyə vəkillə getsin. Gedib və orada bölmənin rəisi taksi sürücüsü olan başqa Etibarı axtardıqlarını bildirib. Etibar Salmanlı dediklərinə inanmır və hesab edir ki, əgər polis bölməsinə digər gənclər kimi vəkilsiz getsəydi, yəqin ki, ona da bir bəhanə ilə 5-10 sutka verəcəkdilər.
Faktı Suraxanı rayon Polis İdarəsinin 31-ci bölməsinin növbətçisi də AzadlıqRadiosuna təsdiqləyib bildirdilər ki, Etibar Salmanlı bölməyə səhvən çağırılıb.
Bundan əvvəl isə Etibar Salmanlı AzadlıqRadiosuna polisin onu axtardığını və səbəb kimi hansısa qadına sataşdığını bildirdiyini demişdi. Etibar Salmanlı hesab edir ki, polisin onu axtarmasına və bölməyə dəvət olunmasına martın 6-da şəhərin mərkəzi küçələrində «11 mart –Böyük Xalq Günü» adlı «Facebook» kampaniyasına qoşulmaq üçün vərəqələr yayması və bloqqer kimi fəallığı səbəb olub.
BELƏ HALLAR POLİS DÖVLƏTİNDƏ BAŞ VERİR
Hüquqşünas Eyyub Kərimov isə deyir ki, polis vətəndaşı saxlamaq istəyirsə, qanunun bütün tələblərinə əməl etməlidir. Yəni özünü təqdim etməli, vətəndaşa susmaq hüququnu xatırlatmalı, yaxınları ilə əlaqə saxlayıb polisə aparıldığını xəbər verməsinə şərait yaradılmalıdır. Başqa cür saxlanma ciddi hüquq pozuntusu sayılır, qanunlara hörmət edən, demokratik dövlətlərdə isə belə hallar baş vermir. Eyyub Kərimov hesab edir ki, əgər Azərbaycan qanuna hörmət edən dövlət olsaydı, vətəndaşı saxlayan polisə də, ona cəzanı verən məhkəmə də, hətta dövlət ittihamçısının dediyini imzası ilə təsdiqləyən vəkil də dərhal məsuliyyətə cəlb olunardı.
«Belə hallar polis dövlətlərində baş verir. Əgər dövlət vətəndaşın hüququna yox, başdan ayağa polisə arxayındısa, orada belə hallar olur. Hüquqi dövlətlərdə belə hal tək- tək baş vermiş olsa belə, o həm ictimai qınaq obyektinə çevrilir, həm də dərhal cəzalanma mexanizmi işə düşür. Çünki məhkəməni siyasi baxışlar maraqlandırmır. Ancaq Azərbaycanda biz bunu görmürük».
Eyyub Kərimov deyir ki, əgər Azərbaycan hüquqi dövlət olsaydı, elə məhkəmədəcə vətəndaşın pozulmuş hüquqları bərpa edilərdi. Halbuki, polis tərəfindən saxlanılan şəxslərdən hansınınsa dəlillər yetərli olmadığı üçün məhkəmədən azad edildiyi barədə faktlara, məlumatlara rast gəlinmir.