Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:51

Biden Moskvaya gərginliyi azaltmağa gəlir


ABŞ vitse-prezidenti Joe Biden Rusiyadadır

Səfərin məqsədi iki il əvvəl prezident Barak Obamanın başladığı ABŞ -Rusiya münasibətlərində gərginliyin azaldılmasına xidmət edir.

Biden-in təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Tony Blinkenin sözlərinə görə Moskvada iki ölkə arasında gərginliyin aradan götürülməsi imkanları araşdırılacaq, «irəli getmək» üçün yollar müzakirə ediləcək.

YENİ BAŞLANĞICLAR

Biden bu gün prezident Medvedevlə görüşməlidir. Martın 10-dasa baş nazir Putinlə danışıqlar aparılacaq. Danışıqların başlıca mövzusu müdafiə və ticarət məsələləridir.

Bidenin səfəri Obama ilə Medvedevin 2010-ci ilin aprelində imzaladıqları «Yeni Başlanğıc» müqaviləsinin qüvvəyə minməsindən bir həftə sonraya təsadüf edir.

Müqaviləyə görə Rusiya və ABŞ nüvə arsenallarında yeni limitlər qoyacaqlar. Tərəflər indi həm də Vaşinqtonun Avropada raket əleyhinə müdafiə sistemlərinin quraşdırılması layihəsindəki fikir ayrılığını aradan qaldırmalıdırlar.

ABŞ bildirir ki, bu sistem İran kimi dövlətlərin mümkün hücumundan qorunmaq üçün vacibdir.

Obama özündən əvvəlki prezident Corc Buşun təklif etdiyi raket əleyhinə müdafiə planını məhdudlaşdırıb. Bu hərəkət İranın nüvə proqramına yeni sanksiyalar tətbiq edilməsini müdafiə etmək üçün Rusiya tərəfini sakitləşdirmişdi.

MOSKVANIN NARAHATLIĞI


Amma Rusiya hələdə ehtiyatlı davranmaqda davam edir. O NATO-nun və ABŞ-ın Avropada quraşdırılacaq istənilən antiballistik siteminə birgə nəzarət etməyə çağırır.

Medvedev keçən il xəbərdarlıq etdi ki, əgər onların tələbləri nəzərə alınmazsa, onun ölkəsi yeni hücum silahı quraşdıracaq.

Bidenin Rusiya liderləri ilə danışıqlarda bir məsələyə daha çox diqqət yetirə bilər. 18 ildir davam edən bir müzakirədə - Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlük məsələsinin üstündə bir qədər artıq dayana bilərlər.

Müşahidəçilərin fikrincə, Rusiyanın ÜTT-yə girməsi ölkədə böyük stabilliyə gətirər. İqtisadi əlaqələri dəstəkləməsinə, onun ABŞ-la gərgin siyasi münasibətlərinə daha az yer qoyar.

Amma üzvlük məsələsi 2008-ci ildə rusiyameylli seperatçı Cənubi Osetiyaya görə Rusiya ilə qısamüddətli müharibə aparmış Gürcüstana görə şübhəli görünür.

SİLİKON VADİSİ

Biden Moskva ətrafındakı Skolkovoda iş adamlarıyla görüşməlidir. Bu görüşdə vitse-prezident Birləşmiş Ştatların iqtisadi əlaqələri yaxşılaşdırmaqla bağlı ümidlərini də vurğulayacaq.

Yeri gəlmişkən, Skolkovoda hökumət Silicon Valley – Silikon Vadisini yaradırlar.

Hökumət bunu Rusiyanın gələcək versiyası kimi təbliğ edir.

Bidenin səfəri Medvedevin Silicon Vadisinə ötən ilki oxşar səfərinin inikasına bənzəyir.
Silicon Vadi Kaliforniya ştatında yaranıb, orda kompyuter, mobil rabitə sahəsində yüksək texnologiyalar, biotexnologoyalar hazırlayan universitetlər və şirkətlər yerləşir.

Hərçənd layihənin tənqidçiləri ABŞ-dakı Silikon Vadisiylə oxşarlığı rədd edirlər. Onların fikrincə, həmin vadi təbii yolla, universitetlərin bazası əsasında yaranmışdı, nəinki, hökumətin təşşəbbüsüylə quru yerdə.

MDU-DA GÖZLƏNƏN ÇIXIŞ

Gözlənir ki, Skolkovoda Biden ABŞ-n təyyarə istehsalçısı Boeing ilə Rusiyanın Aeroflotu arasında müqavilənin imzalanmasını da izləyəcək.

Vitse-prezident həmçinin Rusiyanın bəzi mübariz hüquq müdafiəçiləri ilə görüşməlidir.

Səfərinisə Moskva Dövlət Universitetində çıxışla başa vurmalıdır. Bu şıxışında Bidenin president Barak Obmanın ABŞ-Rusiya əlaqələriylə bağlı baxışlarını çatdıracağı da gözləniir.

Biden Moskvanı martın 11-də tərk edib Moldovaya gedəcək.
XS
SM
MD
LG