Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:44

İlham Əliyev Bakı meriyasında müşavirə keçirib


Prezident İlham Əliyevin sədrliyi ilə martın 9-da Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt Bakı və şəhərətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirə keçirilib.

«Azərtac» agentliyinin yaydığı məlumata görə, müşavirədə prezident İ. Əliyev Bakıda konkret proqramlar əsasında ötən illərdə həyata keçirilən silsilə və kompleks tədbirləri xarakterizə edib.

Bakının meqapolisə çevrilməsinin başlıca prioritet məqsədlərdən biri olduğunu vurğulayan prezident yenidənqurma tədbirlərinin bundan sonra daha da vüsət alacağını, bu məqsədlə xüsusi dövlət proqramı üzərində iş getdiyini, müşavirənin də məhz bu məqsədə xidmət etdiyini deyib.

Dövlət başçısı müşavirədə irəli sürülən təkliflər də nəzərə alınmaqla Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanacaq yeni proqramda nəzərdə tutulacaq tədbirlərin 3 il ərzində icra olunması barədə tapşırıq verib.

Prezident elektrik enerjisi, qaz, içməli su təchizatı və kanalizasiya sistemlərinin müasirləşdirilməsi sahəsində işlərin bundan sonra daha da genişləndirilməsinin vacibliyini bildirib.

Dövlət başçısı qısa müddətdə qəsəbələrarası və qəsəbədaxili yolların müasir səviyyəyə çatdırılması barədə göstəriş verib. Müşavirədə şəxsi evlərin qeydiyyata alınması ilə bağlı qaldırılan məsələyə münasibətini bildirən prezident bu problemin heç bir eqativ hala yol verilmədən, konkret və şəffaf mexanizm əsasında tezliklə aradan qaldırılmasını tapşırıb.

İlham Əliyev ətraf qəsəbələrdə təhsil, səhiyyə və idman obyektlərinin tikintisini genişləndirilməsinin, həmçinin, mədəniyyət ocaqlarının və dini abidələrin yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG