Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:48

Nardaranda aksiya insidentsiz başa çatıb


Nardaranda aksiya - 9 mart 2011
Nardaranda aksiya - 9 mart 2011
Martın 9-da Nardaran sakinləri İmam Hüseyn meydanında növbəti dəfə aksiya keçirib. Aksiyada onlarla adam iştirak edib.

Aksiyaçılar sosial problemlərdən və iqtidarın buna laqeyd qalmasından şikayətləniblər:

- «Biz 3-cü dəfədir ki, bura yığılırıq, görürük ki, sözümüzü saymırlar. Biz belə davam etsə, aksiyalarımızı gecə-gündüz, daim keçirəcəyik. Bacarıqsız hakimiyyətin kəndlər üçün keçən il ayırdığı 80 milyon puldan Bakı kəndlərinə 1 manat pul çatmayıb. Kimə pul veriblər? Bakı kəndlərindən heç kimə pul verməyiblər, özləri basıb yeyiblər. Korrupsiyadan danışırlar. Korrupsiyaya qarşı mübarizə komitəsinə seçilən üzvlər kimlərdir? Baş korrupsionerlər. Bir sürünün çobanı canavar olarsa, bir quzu ondan canını
qurtara bilər?».

- «Qaz yox, işıq yox. Bilmirik ki, bundan sonra necə, nə ilə yaşayacağıq. Camaatın pulu yoxdur ki, əkin-əksin. Hər bir istixananın 1000-1500 manat mayası var. Heç kimin pulu yoxdur. Mənə verdiyin 85 manat puldur, heç qazla, işığa çatmır. Əgər yandırmış olsan...».

Qəsəbə sakinləri bildirdilər ki, bu dəfə də onların tələblərinə baxılmasa, aksiyalar daha geniş vüsət olacaq.

Təxminən 1 saat davam edən aksiya polisin müdaxiləsi olmadan başa çatıb. Əvvəlki aksiyalarda olduğu kimi, budəfəki aksiyada da polis gözə dəyməyib.
XS
SM
MD
LG