Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:48

Rafsanjani Ekspertlər Şurasının başçısı postundan uzaqlaşdırıldı


İranda islahatçı müxalifətlə yaxınlığına görə, sərt xətt tərəfdarları tərəfindən tənqid olunan keçmiş prezident Akbar Hashemi Rafsanjani əsas təsir imkanını itirib.

İran mətbuatı bildirir ki, o, 86 üzvlük Ekspertlər Şurasının başçısı postundan uzaqlaşdırılıb. Şuranın yeni sədri 80 yaşlı Ayatollah Mohammad Reza Mahdavi Kanidir.

Rafsanjani 4 il idi Ekspertlər Şurayasına sədlik edirdi. Bu Şura, ali lideri seçir, fəaliyyətini izləyir və onu işdən uzaqlaşdırmaq hüququ var.

Yeni seçilən Şura sədri mühafizəkar dindardır, müxalifəti dəstəkləmir.
XS
SM
MD
LG