Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 09:48

Liviyada ötən gecə Aralıq dənizi sahili boyunca döyüşlər gedib


Liviyada ötən gecə Aralıq dənizi sahili boyunca döyüşlər gedib. Ölkə rəhbəri Müəmmar Qəddafiyə sadiq qüvvələrlə hökumət əleyhinə qüvvələrin uğurları və itkiləri barədə ziddiyyətli məlumatlar daxil olmaqdadır. Ancaq müxtəlif mənbələr yaralıların yüzlərlə olduğunu deyir.

Məlumata görə, üsyançılar hələ də bir neçə mühüm şəhərə nəzarət edir və Qəddafinin doğma şəhəri Sirtə hücuma keçmək niyyətindədirlər.

Müxalifət qüvvələrinin nəzarət etdiyi Bin Cavad şəhəri Qəddafi qüvvələrinin əlinə keçib.
XS
SM
MD
LG