Keçid linkləri

Təcili xəbərlər
2021, 15 İyun, çərşənbə axşamı, Bakı vaxtı 13:44

ABŞ-ın elmi məsələlər üzrə elçisi Azərbaycana gəlir


ABŞ Prezidenti Barak Obamanın elmi məsələlər üzrə elçisi Alice Gast 8-11 mart tarixlərində Azərbaycanda səfərdə olacaq.

Məqsəd təhsil və elm sahələrində əlaqələrin möhkəmləndirilməsidir. Bu barədə ABŞ Dövlət Departamentinin məlumatında deyilir.

Alice Gastın səfəri zamanı enerji, informasiya texnologiyaları, təhsil sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq. Onun hökumət rəsmiləri, nazirlər, elm və təhsil sahələrinin təmsilçiləri, qeyri kommersiya və biznes dairələrinin nümayəndələri ilə görüşəcəyi bildirilir.

ABŞ rəsmisinin 8 Mart - Beynəlxalq Qadınlar Günündə Azərbaycana gəlməsi bir daha qadınların elmə verdiyi töhfənin vacibliyini vurğulayır, deyə Departamentin məlumatında deyilir.

Alice Gast tanınmış kimyaçı-mühəndis və «Lehigh» Universitetinin prezidentidir.

XS
SM
MD
LG