Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 09:00

Yaponiyanın xarici işlər naziri istefaya gedir

Yaponiyanın xarici işlər naziri Seiji Maehara istefaya gedir.

Buna səbəb onun seçkiqabağı kampaniya zamanı başqa ölkənin vətəndaşından maddi yardım qəbul eləməsiylə bağlı qalmaqal olub.

Ölkə qanunlarına görə bu qadağandır.

Əslən Koreyadan olan həmin qadın Yaponiyada doğulsa da Yapniya vətəndaşı deyil.

Nazir faktı təsdiqləsə də bundan xəbərsiz olduğunu bildirib.

Onun istefaya getməsi hakim Demokrat partiyasının vəziyyətini çətinləşdirir.

Amma hələlik istefa barədə rəsmi açıqlama verilməyib.

Seiji Maehara ölkədə baş nazirliyə əsas namizəd hesab olunurdu.
This item is part of
XS
SM
MD
LG