Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 12:39

Gəncə QHT-ləri ofisdən çıxarılır


Martın 4-də Gəncədə 2 QHT-ni ofisindən çıxarıblar. Söhbət bir-birilə əlaqəsi olmayan və müxtəlif ünvanlarda qərarlaşan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDTM) Gəncə şöbəsi və Gəncə Resurs Mərkəzi (GRM) təşkilatlarından gedir.

SMDTM-nin Gəncə şöbəsinin koordinatoru Asəf Əhmədov AzadlıqRadiosuna bildirib ki, Gəncə şəhər İcra Hakimiyyətindən ona zəng edərək ofisi dərhal boşaltmağı tələb ediblər.

“Ofisi boşaltmağımızla bağlı bizə əvvəlcədən heç bir xəbərdarlıq edilməmişdi. Axşam saat 8-in yarısı olardı, Gəncə şəhər İcra Hakimiyyətindən mənə zəng gəldi və ofisə gəlməyimi söylədilər. Ofisə çatanda orada bizi polislər, Gəncə şəhər İcra Hakiminin müavini Akif Ələkbərov və digər vəzifəli şəxslər gözləyirdilər. Mənə bildirdilər ki, “yuxarıdan” tapşırıq alıblar dərhal ofis boşaldılmalıdır”. - deyə Asəf Əhmədov deyir.

Onun sözlərinə görə, polislərin köməkliyi ilə ofisdəki avadanlıqlar müvəqqəti dəhlizə yığılıb.

Gəncə şəhər İcra Hakimiyyənin müavini Akif Ələkbərov məsələyə münasibət bildirməkdən imtina edib.

İcra Hakimiyyətin adının çəkilməsini istəməyən başqa bir əməkdaşı isə qeydiyyatı olmayan təşkilatların bağlanması ilə bağlı göstəriş aldıqlarını deyib. Amma bu qərarın kim tərəfindən verildiyinə aydınlıq gətirməyib.

Ofisdən çıxarılan QHT-lərin rəsmi qeydiyyatı yoxdur. SMDTM 2009-cu ildə qeydiyyatdan imtina səbəbi ilə Ədliyyə nazirliyini məhkəmyə verib. Bu işin məhkəmə çəkişməsi hələ də davam edir.
XS
SM
MD
LG