Keçid linkləri

Təcili xəbərlər
2021, 06 Mart, şənbə, Bakı vaxtı 19:22

İraqda etiraz aksiyaları davam edir


Martın 4-də İraqın paytaxtında yeni etiraz askiyaları başlayıb.

Hökumət paytaxta və başqa iri şəhərlərdə maşınların hərəkətini qadağan etsə də adamlar ölkədə korrupsiyaya, işsizliyə, dövlət orqanlarının işinin aşağı keyfiyyətinə etiraz olaraq keçirilən aksiyaya piyada gediblər.

Bağdadda Tahirir meydanına toplaşan mitinqçilər “Neft xalqındır, oğruların yox!” şüarı səsləndirirlər.

Eyni tələblərlə Nəcəf və Bəsrə şəhərlərində də etiraz aksiyaları keçirilir.

İraqın təhlükəsizlik qüvvələri Bəsrə şəhərində keçirilən mitinqi dağıtmaq üçün su şırnaqlarından və dəyənəklərdən istifadə edir. “Reuters” agentliyinin müxbiri xəbər verir ki, etirazçılar əyalət rəhbərliyinin yerləşdiyi binanın yaxınlığından sıxışdırılıb çıxarılıblar.
XS
SM
MD
LG