Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 03:17
Milli Məclisin martın 4-də keçirilən iclasında Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Rusiyanın Qəbələ Radiolokasiya Stansiyasını (RLS) modernləşdirdiyi haqda yayılan məlumatlara münasibət bildirib.

«Azərbaycan ərazisində olan hərbi bazada necə modernləşdirmə aparıla bilər? Modernləşdirilmə deyiləndə, nə nəzərdə tutulur? Bəlkə bura hansısa əlavə kontingent gətiriləcək. Hökumətlər arasında belə bir razılaşma olubsa, niyə rəsmi açıqlamalar verilmir?».

Fazil Mustafa son vaxtlar orduda baş verənləri də misal göstərərək hüquq-mühafizə orqanları üzərində parlament nəzarətinin təşkil olunmasını vacib sayıb.

Siyavuş Novruzov isə bildirib ki, ölkələr arasında hər hansı yeni sənəd imzalansa, bu, Milli Məclisdə təsdiqlənməlidir:

«Narahatlığa səbəb yoxdur. Ölkəyə nə qoşun gətirilə bilər, nə də bizim hərbi sahəmizə nəzarət oluna bilər».

2002-ci ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Qəbələ Radiolokasiya Stansiyasının statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında saziş imzalanıb. Saziş 2012-ci ilədək qüvvədədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG