Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:10

Fil Dişi Sahilində küçə döyüşləri gedir


Fil Dişi Sahilində 200 mindən çox sakin paytaxt Abidjanda döyüş zonasını tərk edib.

Bu barədə BMT xəbər verir.

Abobo rayonunda prezident Laurent Qbaqbonun tərəfdarlaı ilə əlehdarları arasında ağır küçə döyüşləri gedir.

Təkcə son gün ərzində azı 26 nəfərin öldüyü xəbər verilir.

3 ay bundan əvvəl ölkədə prezident seçkisi keçirilib.

Beynəlxalq aləm seçkidə müxalifətin namizədi Alassane Ouattaranın qalib gəldiyini deyir.
Amma Qbaqbo hakimiyyətdən getmək fikrində deyil.
XS
SM
MD
LG