Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 15:30

Gaddafiyə sadiq qüvvələr üsyançıların mövqelərini bombalayıb


Muammar Gaddafiyə sadiq qüvvələr bu gün yenidən ölkənin şərqində üsyançıların mövqelərini bombalayıblar.

Şahidlər zərbələrin Breqa şəhərindəki hava limanı və üsyançıların Acdabiya şəhərindəki mövqelərinə vurulduğunu deyirlər.

Üsyançılar bundan əvvəl Gaddafiyə sadiq qüvvələrin Breqa şəhərindəki neft terminalına hücumunu bir neçə dəfə dəf ediblər.

Hollandiya komandanlığı isə bu arada 3 hərbçisinin Liviyada Gaddafiyə sadiq qüvvələr tərəfindən əsir götürülməsini təsdiqləyib.

Onlar helikopterlə ölkənin şimalındakı Sirt şəhərindən 2 Niderland vətəndaşını çıxarmaq istəyərkən əsir düşüblər.

Haaqadakı beynəlxalq hərbi tribunalın bu gün Liviyadakı zorakılıqların araşdırılmasına başlayacağı gözlənilir.

Ölkənin Tunislə sərhəd bölgəsində ciddi hümanitar böhran yaranıb.
XS
SM
MD
LG