Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:43

Qəddafi gəriginliyin sülh yolu ilə nizamlanması planına razılıq verib


Liviya və Ərəb Liqasının prezidenti Venesuela rəhbərinin Liviyadakı gəriginliyin sülh yolu ilə nizamlanması planına razılıq veriblər.

Venesuelanın İnformasiya naziri bildirib ki, prezident Uqo Çaves 2 gün öncə Qəddafi ilə danışıb. Qəddafi ilə üsyançılar arasında vasitəçilik edəcək “dost ölkələr” blokunun yaradılmasına razılaşıblar.

Al-Jazeera bildirir ki, bu planı Ərəb Liqasının prezidenti Amr Moussa da bəyənib. Hələ ki, Ərəb Liqasından bunu təsdiqləməyiblər.

Vasitəçilik təşəbbüsünə başqa hansı ölkələrin qoşulacağı da məlum deyil.
XS
SM
MD
LG