Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:48

Tələbə üsyanı qorxusu, inkişafdan doğan korrupsiya və...


Mətbuat icmalı
Mətbuat icmalı
«Yeni Müsavat» qəzetindəki «HÖKUMƏTİN TƏLƏBƏ ÜSYANI QORXUSU» sərlövhəli yazıda universitetlərdə gənclərə mitinqlərə qoşulmamaq tapşırığının verildiyi bildirilir.

«Müsavat Partiyasının martın 12-də mitinq qərarı verməsi, sosial şəbəkələrdə isə gənclərin martın 11-də kütləvi aksiyalara başlayacaqlarını bəyan etməsi iqtidarı bərk təşvişə salıb. Hakimiyyət ərəb ölkələrində başlayan inqilab dalğasının Azərbaycana çatacağından ciddi narahatlıq keçirir. İstənilən lokal etiraz aksiyalarının da partlayış üçün qığılcım effekti verəcəyini hesab edirlər.

Ona görə də indidən ciddi qabaqlayıcı tədbirlər görməyə başlayıblar. Artıq iki gündür ali məktəblərdə fakültə dekanları auditoriyaları gəzərək tələbələrə gözlənilən kütləvi aksiyalara qatılmamaq tapşırığı verirlər», - deyə qəzet yazır.

İQTİSADİ İNKİŞAF KORRUPSİYASI

«Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır».

Bu fikirləri «Azərbaycan» qəzetinə müsahibəsində Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov deyib.

«Eyni zamanda, ölkənin hansı tarixi inkişaf mərhələsində olması da korrupsiya ilə bağlı problemlərin xarakter və məzmununa öz təsirini göstərir. Məsələn, iqtisadi cəhətdən zəif olan ölkələrdə korrupsiyanın səviyyəsi də aşağı olur. Belə ki, bizim 10 il əvvəl üzləşdiyimiz korrupsiya problemləri ilə bugünkü korrupsiyanın xarakteri arasında fərqlər var. Bugünkü korrupsiya Azərbaycanın güclü iqtisadi inkişafından doğan amillərlə bağlıdır».

Fuad Ələsgərov deyib ki, müasir dövrdə korrupsiyaya qarşı effektiv mübarizə yeni metodların tətbiqini, şəffaflığın təmin edilməsini, məsuliyyət və nəzarət mexanizmlərinin gücləndirilməsini zəruri edir:

«Burada prioritet olaraq profilaktik - preventiv üsullardan və zənnimcə, yalnız son vasitə kimi repressiv tədbirlərdən istifadə edilməlidir. Başqa sözlə, korrupsiyaya qarşı mübarizə davamlı olmaqla, sistemli və kompleks xarakter daşımalıdır».

QƏBULDAN KƏNARDA QALAN 70 FAİZ

«Bizim yol» qəzeti martın 2-də keçirilən təhsil müşavirəsindən bəhs edir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib ki, ötən il məzunların 70 faizi qəbul imtahanlarından kənarda qalıb.

M.Abbaszadə bəzi rayonlarda təhsilin durumu ilə bağlı həyəcan təbilinin çalınmasını vacib saydı:

«Bunlar Daşkəsən, Ağsu, Xaçmaz və Fizuli rayonlarıdır ki, buradakı vəziyyəti fövqəladə hal saymaq olar».

Təhsil naziri Misir Mərdanov isə bildirdi ki, hər bir məktəb direktoru burada deyilənlərdən nəticə çıxarmalıdır:

«Biz bu müşavirəyə bir-birimizin gördüyü işlər aşağılamağa deyil, təhsildəki vəziyyəti obyektiv qiymətləndirməyə yığışmışıq. Hər kəs bu müzakirələrdə özü üçün dərs çıxarmalıdır».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG