Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 21:53

Prokurorluq korrupsiya şikayətlərini qəbul edir


Martın 3-dən Azərbaycanın Baş Prokurorluğunda korrupsiya şikayətlərini qəbul etmək üçün «Qaynar xətt» fəaliyyətə başlayıb.

Bu barədə prokurorluğun internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, 161 nömrəli Qaynar Xətt bu gün saat 9:00-dan fəaliyyətə başlayıb.

Əlaqə mərkəzi istirahət və bayram günləri də daxil olmaqla, sutkada 24 saat fasiləsiz işləməklə, vətəndaşlar tərəfindən korrupsiya hüquqpozmaları barədə şəhərlərarası, respublika daxili və mobil telefonlar vasitəsilə həmin mərkəzə ödənişsiz zəng etmək üçün bütün texniki imkanlar yaradılıb.
XS
SM
MD
LG