Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 13:13

6 yol polisi işdən çıxarılıb

Azərbaycanda Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən azad olunub.

Həmçinin xidmətin həmkarlarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaşı tutduğu vəzifədən kənarlaşdırılıb.

Bu barədə APA agentliyi Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Onlar yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq naminə qanuni tədbirlər görməmək, vəzifə səlahiyyətlərini yerinə yetirməmək, polisə xələl gətirən hərəkətlərə yol vermək və korrupsiyada təqsirləndirilirlər.
This item is part of
XS
SM
MD
LG