Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:14

Şahdəniz yatağına dair müqavilənin müddəti uzadılıb


Azərbaycanın “Şahdəniz” yatağının işlənməsinə dair müqavilənin müddəti beş il uzadılıb.

Bu barədə APA agentliyi ARDNŞ prezidenti Rövnəq Abdullayevə istinadla xəbər verir.

Onun sözlərinə görə, müqavilənin müddəti 2031-ci ildən 2036-cı ilə qədər uzadılıb.

Buna səbəb layihədə nəzərdə tutulan bəzi işlərin gec həyata keçirilməsi olub.

Bunun əvəzində isə ARDNŞ Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Azərbaycana aid hissəsinin genişləndirilməsi və ya həmin hissədə yeni kəmərin çəkilməsi ilə bağlı hüquqlar qazanıb.

Bu şərtlərə əsasən çəkiləcək yeni kəmər ARDNŞ-ya məxsus olacaq.
XS
SM
MD
LG