Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 11:51

Gaddafi tərəfdarlarının arasına çıxıb


Muammar Gaddafi bu gün paytaxt Tripolidə tərəfdarlarının arasına çıxıb.

Tədbir Liviya televiziyası ilə canlı yayımlanıb.

Televiziyanın məlumatına görə tədbir xalq hakimiyyətinin 34-cü ildönümü münasibətilə keçirilir.

Hazırda ölkənin böyük hissəsi etirazçıların nəzarətindədir.

Aksiyaçılar bu gün Breqa şəhərində əsas neft terminalının hökumət qüvələrindən geri alındığını xəbər verirlər.

Şahidlər bu gün Breqa və qonşuluqdakı Acdabiya şəhərinin bombalandığı xəbər verirlər.

Birləşmiş Ştatların 2 hərbi gəmisi Suez kanalını keçərək Liviya sahillərinə yaxınlaşır.

ABŞ müdafiə naziri Robert Gates Liviyaya hərbi gəmilər göndərilməsini təsdiqləyib.

Amma NATO-nun hərbi müdaxiləsi barədə hələlik elə bir qərar qəbul edilmədiyini bildirib.
XS
SM
MD
LG