«ƏLİ İNSANOV AZADLIĞA ÇIXMAĞA HAZIRLAŞIR»
«Sabiq nazir qohumlarına xəbər göndərib ki, toy mərasimlərinin vaxtını dəyişsinlər, özü məclislərdə iştirak edəcək».
«Bizim Yol» qəzeti yazır ki, sabiq Səhiyyə naziri Əli İnsanov azadlığa çıxa bilər. Bu haqda İnsanovun yaxın qohumlarından biri məlumat verib:
«O, qohumlarının planlaşdırdığı toy mərasimlərinin də təxirə salınmasını, onun gəlişinin gözlənilməsini tövsiyə edib. Mənbə yaxınlarının Əli İnsanovun məsləhətini nəzərə aldıqlarını bildirib. Sabiq Səhiyyə nazirinin hakimiyyətlə münasibətlərinin kəskin olduğu məlumdur. Onun məhkəmədə səsləndirdiyi ittihamlar, hakim ailənin üzvləri haqqında sərt fikirlər söyləməsi yaddan çıxmayıb. Belə olan halda sabiq nazirin azadlığa buraxılacağı xəbəri müəmmalıdır».
ƏRƏB İNQİLABLARI SARAYDA 2013 SÖHBƏTLƏRİNƏ RƏVAC VERDİ
«Yeni Müsavat» qəzeti yazır ki, ərəb ölkələrində bir-birinin ardınca baş verənlər Azərbaycan hakimiyyəti daxilində növbəti prezident seçkisi ilə bağlı müzakirələrə rəvac verib:
««Ərəb dalğası» fonunda ölkənin de-fakto ikinci adamı statusuna malik olan Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun yaxın çevrəsində ehtimal edirlər ki, vəziyyət belə davam etsə, ola bilsin, İlham Əliyev 2013-cü ildə üçüncü dəfə namizədliyini irəli sürməyə bilər».
«AZƏRSUN-HOLDİNQ»İN İSTEHSAL ETDİYİ ÇAY MƏHSULLARI SÜNİ ŞƏKİLDƏ BAHALAŞIR
«Yeni Azərbaycan» qəzeti yazır ki, «\Azərsun-Holdinq» şirkətinin istehsal etdiyi bir sıra ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artımı və daxili bazarda inhisarçılıq meylləri son dövrlər daha da güclənib:
«Ticarət məntəqələrində son günlər şəkər tozu, bitki yağları və digər məhsullarla bərabər, «Azərsun-Holdinq» tərəfindən istehsal olunan çayların da qiymətləri artıb. Son bir ayda müxtəlif əmtəə nişanlı qablaşdırılmış çayların qiymətlərində 10-20 qəpik artım baş verib. «Azərsun-Holdinq» şirkəti bu bazarı inhisarına aldığından rəqabət imkanları məhduddur. Şirkət cənub zonasındakı bütün çay fabriklərini ələ keçirərək azad biznes mühitinin inkişafını əngəlləyir. Buna görə də yüksək keyfiyyətli, rəqabətədavamlı yerli çay istehsalı yox dərəcəsindədir. Halbuki Lənkəran çayı ilə dünya çay istehsalçılarını rəqabətdə geri qoymaq olar».
TÜRKİYƏ İLƏ AZƏRBAYCAN ARASINDA SERİAL QALMAQALI
«Azadlıq» qəzeti yazır ki, «Xəzər» telekanalında bir müddətdir ki, «Aramızda qalsın» adlı serial yayımlanır. Seriala bir neçə dəqiqə baxmaq kifayətdir ki, onun Türkiyədə yayımlanan «Cocuklar duymasın» serialının Azərbaycanda çəkilmiş yeni versiyası olduğu qənaətinə gələsən:
«Bu səbəbdəndir ki, «Cocuklar duymasın»ın yaradıcı heyəti «Xəzər» telekanalını məhkəməyə verməyə hazırlaşır».
BAKIDA FRANSIZ MƏKTƏBİ TİKİLƏCƏK
«Azərbaycan» qəzeti yazır ki, Bakıda fransız məktəbinin tikintisi haqda niyyət bəyannaməsi imzalanıb:
«Milli Məclisin deputatı Mehriban Əliyeva fransız məktəbinin Azərbaycanda təhsil sahəsindəki inkişaf prosesinə müsbət təsir göstərəcəyindən ümidvar olduğunu deyib. Bəyannaməyə əsasən, fransız məktəbinin tədris planı uşaq bağçasından başlayaraq, 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız modelinə uyğun olacaq. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə müvafiq olaraq fransız dilində aparılacaq. Məktəbin Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab verən attestatı Fransa dövləti tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaq».