Əsas təhlükə sayılan Kür və Araz çaylarında bəndvurma və bənd möhkəmləndirmə işlər aparılır.
Bunu jurnalistlərə martın 1-də «Meliorasiya və Su Təsərrüfatı» Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə bildirib.
Əhməd Əhmədzadənin sözlərinə görə, hələlik ötən il olduğu qədər böyük həcmdə su axını gözlənilmir. Cənub bölgəsindəki daşqınlar isə bölgəyə yağan yağışlarla bağlıdır. Yağışlar nəticəsində cənub bölgəsindəki xırda çaylarda suyun səviyyəsi artıb. Amma vəziyyət nəzarət altındadır.
O deyib ki, Xaçmazda intensiv yağışlar səbəbindən su basan əkin sahələrində fəsadlar aradan qaldırılacaq.
Xaçmazdakı Nəsrullah-arx su kanalınının daşması nəticəsində Əbilyataq kənd sakinlərinin 100 hektara yaxın əkin, biçənək və otlaq sahələri su içində qalıb.