Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 19:12

Müdafiə naziri dissertasiya köçürmək qalmaqalına görə istefa verdi


Guttenberg istefa qərarını açıqlayır və gedir
Guttenberg istefa qərarını açıqlayır və gedir
Almaniyanın müdafiə naziri Karl-Theodor zu Guttenberg plagiat doktorluq dissetasiyası qalmaqalının ardınca bu gün vəzifəsindən istefa verib.

39 yaşlı nazirin dissertasiyasını bir hissəsinin mənbə göstərmədən köçürülməsininin ardınca Alman mediası ona "Baron copy-paste", "Zu Googleberg" ləqəbləri qoymuşdu.

Almaniyanın ən populyar naziri olan Zu Guttenberg qalmaqalın ardınca ötən həftə doktorluq dərəcəsindən imtina etmişdi. Martın 1-i isə müdafiə naziri postundan istefa verdiyini deyib. Qutenberq mediaya bildirib ki, "istefa qərarını Baş kansler Merkelə təqdim edib, və bu siyasi həyatnın ən ağır addımı idi.
XS
SM
MD
LG