Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 16:31

Gəncədə cinayətkər qrupun 7 üzvü saxlanılıb


Polis mağaza, aptek və poçt şöbələrindən oğurluq edən 9 nəfərlik cinayətkar qrupu müəyyən edib. Artıq onlardan 7-i saxlanıb.

Bu haqda məlumat verən Kəpəz rayon Polis Şöbəsinin rəisi Ədalət Sadıqovun sözlərinə görə, mütəşəkkil şəkildə fəaliyyət göstərən cinayətkar qruplaşma Gəncə ilə yanaşı Göygöl, Gonranboy, Ağdam, Bərdə və Bakı şəhərində bir sıra oğlurluq hadisələri törədiblər.

Onlar bu ilin yanvar ayında Gəncədə 2 poçt məntəqəsini yararaq, pul və komputer dəstləri, həmçinin şəhərdəki ərzaq və təsərrüfat malları mağazalarından da oğurluq ediblər.

Dəstə üzvləri Göygöldə 2 poçt məntəqəsi, 1 ərzaq və 1 aptek dükanını da yarıb. Eyni hərəkətləri Göranboyda Mərkəzi Xəstəxasının qarşısındakı aptekdə törədən bu şəxslər notebook və pul oğurlayıblar.

Onlar Bakıda ərzaq və apteklərdən də oğurluq ediblər.

İlkin olaraq 9 nəfərdən ibarət olduğu müəyyənləşən dəstənin 7 nəfəri artıq polis tərəfindən saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 177-ci maddənin (mülkiyyət əleyhinə olan cinayətlər) bir neçə bəndi ilə cinayət işi açılıb. Qrupun digər üzvləri, Cinayət məcəlləsinini 333.1 (hərbi hissənin və ya xidmət yerini özbaşına tərk etmə ) və 334 (fərarilik) maddələri ilə də cinayət işi açılıb.
XS
SM
MD
LG