Keçid linkləri

Təcili xəbərlər
2021, 03 Mart, çərşənbə, Bakı vaxtı 22:37

Ombudsman illik məruzəsini təqdim edib


Ombudsman Elmira Süleymanova illik məruzəsini prezidentə və dövlət qurumlarına göndərib.

Ombudsman Aparatından «Mediaforum» saytına bildiriblər ki, «Azərbaycanda insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında» məruzədə ombudsmanın insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti, dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb. İllik məruzə Milli Məclisin iclasında dinləniləcək.

Qanuna görə, Ombudsmanın illik məruzəsi il bitdikdən sonra iki aydan gec olmayaraq təqdim edilir.
XS
SM
MD
LG