Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:02

İslamda inqilab, üsyan etmək - günahdırmı?


Qərbdə bəziləri İslamın, Şəriətin demokratiya quruculuğunu buxovladığını iddia edirdilər. Şəriətdə hakimiyyətə qarşı çıxmağın - fitnə, fəsad salmaq kimi ən ağır günahlardan sayılmasını da buna misal çəkirlər.

Amma Şərqdə, məsələn Azərbaycanda bəzi ekspertlər bunun əksini iddia edir. Məsələn islamşünas və şərqşünas Seyid Camal Əzimbəyli iddia edir ki, İslamda «zalım, qəddar və zülmkara qarşı savaşmaq imandandır» prinsipi var.

Sizcə İslamda hakimiyyətə qarşı çıxmaq, inqilab etmək günahdırmı? Və indi Ərəb dünyasında baş verənlər İslama uyğundurmu?
XS
SM
MD
LG