Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Gənc bloqçu Həbib Müntəzir məhkəmə qarşısındadır


Almaniyada yaşayan gənc azərbaycanlı bloqçu Həbib Müntəzirin (Abdullayev) müraciəti əsasında Berlin Tiergarten Məhkəməsində fevralın 28-də məhkəmə prosesi başlanıb. Bu barədə AzadlıqRadiosuna Həbib Müntəzir məlumat verib.

Həbib Müntəzir ötən il iyul ayının 22-də Berlində keçirilmiş bir tədbirdə iştirak etmiş Ermənistan prezidenti Serj Sarkisyanı «terrorist» və «qatil» adlandırıb.

Buna görə Berlin Məhkəməsi ona 30 gün həbs əvəzinə hər gün 30 avro olmaqla 900 avro cərimə kəsib. Həbib Müntəzir qərarla razılaşmayıb və qərarın ləğv olunması üçün Berlin Tiergarten Məhkəməsinə müraciət edib. 5 dəqiqəlik məhkəmə iclasında hakim bildirib ki, Həbib Müntəzirə qarşı cinayət işi düzgün maddəylə başlanmayıb. Almaniya qanunlarına görə, əgər prezident təhqir olunubsa, cinayət işi şəxsin təhqiri maddəsiylə yox, prezidentin təhqiri maddəsiylə başlanmalı imiş. Həbib Müntəzir: «Belə görünür ki, məni yenidən, bu dəfə o maddəylə mühakimə edəcəklər».

Sonra hakim Serj Sarkisyanın təhqir olunması ilə bağlı Ermənistanın Almaniyadakı səfirinin məhkəməyə müraciət etməsinin nə dərəcədə hüquqi əsası olmasının yoxlanması ilə bağlı məhkəmə prosesini qeyri-müəyyən vaxtadək təxirə salıb.

İyulun 22-də Ermənistan prezidenti Serj Sarkisyan Almaniyada «Konrad Adenauer» fondunda çıxışı zamanı, fondun qarşısında «Almaniyadakı Azərbaycan evi» (sədri Tofiq Qarayev) cəmiyyətinin təşkilatçılığı ilə azərbaycanlıların keçirdiyi aksiyada iştirak etmiş Həbib Müntəzir, «Sarkisyan terorçu, qatil»,-dediyi üçün Berlin polisi tərəfindən saxlanılmış, protokol imzaladıqdan sonra sərbəst buraxılmışdı.

Almaniyada siyasi sığınacaq almış Həbib Müntəzir azərbaycanlılar arasında məşhur və əsasən Azərbaycan hökumətinin tənqidinə köklənmiş tinsohbeti.com satirik internet layihəsinin qurucusudur və hazırda Fərq TV online televiziyası layihəsini həyata keçirməkdədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG