Keçid linkləri

2025, 23 Aprel, çərşənbə, Bakı vaxtı 16:33

Orxan Pamukdan yeni kitab: Roman necə yazılır?


Pamukun yeni kitabı "Bookhills" ticarət saytında
Pamukun yeni kitabı "Bookhills" ticarət saytında
"Romanlar bizi həyata ciddi yanaşmağa inandırır, hadisələrə doğrudan da təsir gücümüzün olduğunu, həyat yolumuzun öz qərarlarımızdan asılı olduğunu göstərir.

Fərdi azadlıqların məhdudlaşdırıldığı qapalı və yarı-qapalı cəmiyyətlərdə romançılıq sənəti hələ də inkişaf etməmiş halda qalmaqdadır".

Bu fikirlər Nobel mükafatlı türk yazıçısı Orxan Pamukun ingiliscə çapdan çıxan yeni kitabındandır.

"The Naive and the Sentimental Novelist" (“İki romançı: biri sadəlövh, digəri sentimental") adlanan kitab - ədəbiyyat nəzəriyyəsinə aiddir və Pamukun 2009-cu ildə Harvard Universitetində romançılıq haqda dediyi mühazirələrə əsaslanır.

Pamuk kitabda həm öz romanlarını necə yazdığını anladır, həm də Avropa romanının ənənələrini təhlil edir.

Kitabda Pamukun öz romanları ilə yanaşı təhlilə dünya ədəbiyyatının klassik nümunələri də cəlb edilir: "Anna Karenina", "Hərb və sülh", "Qırmızı və qara", "Uliss" və s.

Tələbələr və ədəbiyyat adamları üçün nəzərdə tutulan kitab anlaşıqlı dildə yazılıb – mürəkkəb terminlər və jarqonlarla “zəngin” deyil.

Orxan Pamuk hazırda Amerikanın Columbia Universitetində müqayisəli ədəbiyyatşünaslıqdan mühazirə deyir.
XS
SM
MD
LG