Keçid linkləri

2026, 16 İyun, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Omandakı toqquşmalarda 6 nəfər həlak olub

Omanda nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Toqquşma paytaxtın 200 kilometrliyində yerləşən Sohar şəhərində baş verib.

Son məlumatlara görə, toqquşmalarda 6 nəfər ölüb. Supermarket yandırılıb. Etirazçılar yolu bağlayıb. Onlar ölkədə siyasi və iqtisadi islahatlar keçirilməsini tələb edirlər.

Omanda artıq 40 ildir ki, hakimiyyətdə sultan Kabusdur. Ötən gecə o dövlət sektorunda 50 min yeni iş yerinin açıldığını bildirib.
This item is part of
XS
SM
MD
LG