Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:09

«Eurovision»a «Yüksək Sədaqət» və onu boykot edənlər


DİNO MERLİNİN PƏRƏSTİŞKARLARI NARAHATDIRLAR

«Eurovison» Mahnı Müsabiqəsi 56 ildir keçirilir. Bu müsabiqəyə maraq Avropanın özündə zaman-zaman gah artır, gah azalır. Ona qatılmaqdan imtina edən ölkələr də var, orda birincilik qazanmaq üçün dayanmadan mübarizə aparanlar də.

Məsələn, Bosniya Hersoqivinanı Mahnı Yarışmasında təmsil edən Dino Merlin ikinci dəfədir bu yarışmaya qoşulur.

Dino Merlinin bu dəfə yarışmada oxuyacağı «Love in Rewind» yüngül tempdə yazılmış bir mahnıdır. Elə indidən özünə diqqət çəkə bilib.

«Eurovision.tv» yazır ki, fevralın 21-də bütün Avropada Bosniyadan yayımlanan şou maraqla izlənib. Hətta Bosniya televiziyasının şousu 2011-ci il milli seçim turlarında ən çox izlənən olub.

Dino Merlinin tək öz ölkəsində yox, Serbiyada, Xorvatiyada, Makedoniyada və Türkiyədə də çox məşhur olduğu deyilir. O, Avropanın az qala hər yerinə qastrola çıxıb.

Dino Merlin bu mahni ilə finala qədər getmək niyyətindədir.

Amma bəzi pərəstişkarları o qədər də ümidli deyillər. Səbəb Merlinə inamsızlıq deyil.
YouTube-da Dino Merlinin mahnısına qulaq asanlar şərhlərində Avropa ölkələrindən narazılıq edirlər. Onlar həmin ölkələrin Bosniya Hersoqovinanı layiqincə qiymətləndirmədiklərini yazır, ayrı-seçkiliyə yol vermələrinə eyham vururlar.

GEDƏNLƏR QAYIDIR


Layiqli qiymətləndirmədən deyəsən, tək bosniyalılar narazı deyil. Məsələn, «Eurovision»da 56 ildə iki dəfə dəfə birincilik əldə edən İtaliya son illər bu yarışmaya qatılmaqdan imtina edib. Özü də dəfələrlə. Yerli mətbuat italyanların müsabiqədə birincilik qazanmamasından həmişə narazılıq edib.

«RAİ» (İtaliya televiziyası) isə 14 illik fasiləni bəzən müsabiqəyə marağın azalması ilə izah etsə də, bəzən də səbəbsiz qırağa çəkilib.

İtaliya hələ 1981-ci ildə müsabiqəyə marağın azlığını əsas gətirib iştirakdan imtina etmişdi. İki il sonra İtaliya «Eurovision»a yenidən qatılsa da, 1986-cı ildə iştirak etməməklə bağlı qərar verdi. 1997-ci ildə yarışmaya qatılan İtaliya daha sonra heç bir izahat vermədən müsabiqədə iştirakına son verdi.

Amma 14 illik fasilədən sonra İtaliya yenidən «Eurovision»a qayıdır. Bunun üçün təşkilatçılar da az əmək sərf etməyiblər. Eləcə də Avstriya, Macarıstan, San-Marino da fikirlərindən daşınıblar.

Eurovision həmin ölkələri yenidən eyni məkanda yarışmağa vadar edir. Hamını bir araya gətirir.

Dörd ildi yarışmada iştirakına son verən Avstriya bəyan etmişdi ki, «Eurovision» artıq onların davam etdirmək istədikləri bir şey deyil, bu müsabiqənin nəticələri daha çox Şərqi Avropa ölkələrini qane edir. Amma Almaniyanın qələbəsindən sonra Avstriya qərarına yenidən baxmalı olub. Və yarışmaya öz sirrini açmağa gəlir - Nadine Beiler «The Secret Is Love» oxuyacaq.

Elə İtaliya da dəli sevgidən oxuyacaq, Raphael Gualazzi «Follia D'Amore»la yarışa qatılır.

YÜKSƏK SƏDAQƏT


1975-ci ildən «Eurovision»a qatılan Türkiyəsə yarışmadan heç vaxt imtina etməyib.
Yeddi il öncə Mahnı Yarışmasında birincilik qazanan ölkə yeni qələbələrə imza atmaq üçün durmadan çalışmaqdadır. Necə deyərlər, bu müsabiqəyə yüksək sədaqət göstərməkdədir. Sözün hər mənasında həm də.

Türkiyəni bu il yarışmada «Yüksek Sadakat» rok-qrupu təmsil edəcək.

«TRT» qrupa fevralın 26-da yeni mahnı da hədiyyə edib - «Live it up».

Bu rok-qrup Türkiyədə son altı ildə məşhurdur.

Belə bir fikir var ki, «TRT» Düsseldorfa rok-qrup göndərməklə «MaNqa»nın Oslodakı yarımçıq alan uğurunu başa çatdırmaq istəyir. «MaNqa» ötən il yarışmada ikinci yeri qazanmışdı.

Türkiyə bu çaya ikinci dəfə girə biləcəkmi, mayda bilərik...

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG