Keçid linkləri

2026, 11 İyun, cümə axşamı, Bakı vaxtı 21:18

Almaniya ilə Böyük Britaniya Liviyaya qarşı kəskin sanksiyalar tətbiq etməyə çağırıblar

Almaniyanın kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri David Cameron bildiriblər ki, BMT-nin təhlükəsizlik şurası təcili Liviyaya qarşı kəskin sanksiyalar tətbiq etməlidir.

BMT-nin təhlükəsizlik şurasının artıq bu gün Liviyayayla bağlı qətnamə qəbul edəcəyi gözlənilir.

Sənəddə Liviya hakimiyyətinə qarşı sanksiyalar tətbiq edilməsi, habelə məsələnin Haaqadakı beynəlxalq tribunala verilməsinin mümkünlüyü nəzərdə tutulur.

Təşkilatın baş katibi Ban Ki Moon Liviyada qan tökülməsini dayandırmaq üçün təcili hərəkət etməyəı çağırıb.

İtaliyanın baş naziri Silvio Berlusconi isə bu arada bəyan edib ki, görünür artıq Gaddafi ölkəyə nəzarəti itirib.

Məlumatlara görə Liviyada baş verən toqquşmalarda yüzlərlə və hətta ola bilsin ki, minlərlə adam ölüb.
This item is part of
XS
SM
MD
LG