Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Yanvar, Cümə, Bakı vaxtı 23:07

Medvedevlə Sarkisyan görüşüblər


Fevralın 25-də Ermənistan prezidenti Serj Sarkisyan Sankt-Peterburqda Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb.

Hər iki prezidentin mətbuat xidmətində verilən məlumata görə dövlət başçıları ölkələri arasında əlaqələrin müxtəlif aspektlərini, həmçinin regional məsələləri müzakirə ediblər.

Martın 5-də Ermənistan, Rusiya və Azərbaycan prezidentlərinin də Soçidə üçtərəfli görüşləri nəzərdə tutulur.

Keçən il Medvedevin təşəbbüsü ilə üç dəfə prezidentlərin üçtərəfli görüşləri keçirilib.

Moskvadan gələn xəbərlərə görə Rusiya və Ermənistan prezidentlərinin gündəliyində iqtisadi layihələrin müzakirəsi də var. Məlumatlara görə prezidentlər həm də Ermənistanın yeni atom elektrik stansiyası tikmək planları da müzakirə ediləcək.

Medvedelə Sarkisyan Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırmaq niyyətini də müzakirə etməlidirlər.
XS
SM
MD
LG