Keçid linkləri

2025, 07 Fevral, Cümə, Bakı vaxtı 05:46

Maşın qəzası nəticəsində ölən və yaralanan var



Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Bu barədə APA-ya Sumqayıt şəhər Polis İdarəsindən bildirilib.

Hadisə ötən gecə Bakı-Quba yolunun 33-cü kilometrliyində, Sumqayıtın Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb. Minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində bir nəfər ölüb, on nəfər yaralanıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
XS
SM
MD
LG