Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 05:00

Liviyada pilotlar Benqazini bombalamaqdan imtina ediblər


Liviyanın şərqində hakimiyyət əleyhinə etirazlar davam edir.

Son məlumata görə hərbi hava qüvvələrinin 2 təyyarəsinə Benqazi şəhərini bombalamaq əmri verilsə də pilotlar özlərini paraşütlə ataraq əmri yerinə yetirməyiblər.

Benqazi və Tobruk şəhərlərində əsgərlərin etirazçılara qoşulduqları xəbər verilir.

Prezident Muammar Gaddafi bundan əvvəl televiziya ilə müraciətində hakimiyyətdən getməyəcəyini, lazım gəlsə şəhid olacağını deyib.
XS
SM
MD
LG