Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:25

Tripolidə şiddətli atışma səsləri eşidilir


Liviyanın paytaxtı Tripolidə şiddətli atışma olduğu xəbər verilir.

Şəhər sakinlərinin dediklərinə görə çölə çıxmaq olmur, Gaddafinin tərəfdarları küçədən ötənləri atəşə tutur.

Ölkənin şərqindəki bir neçə şəhər hazırda nümayişçilərin əlindədir.

Liviyanın Avstriyadakı səfiri dinc nümayişçilərə qarşı həddən ardıq güc tətbiq edilməsini ittiham edib.

Fransa prezidenti Nikole Sarkozy Avropa Birliyini Liviyaya qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

Ölkədə baş verən iğtişaşlarda azı 300 adamın öldüyü xəbər verilir.
XS
SM
MD
LG