Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:10

Qaddafinin oğlu 4 mahnıya 1 milyon verib


Seif əl-İslam Qaddafi xəbərdarlıq edir
Seif əl-İslam Qaddafi xəbərdarlıq edir


New York Times:

“İki il əvvəl media yazırdı ki, Seif əl-İslam el-Qaddafi, yəni Muammar Qaddafinin oğlu Mariah Carey-ə 4 mahnı oxumağa 1 milyon dollar verib.

Seif əl-İslam öz qəzetində bunu inkar edirdi. Ancaq onun izahı maraqlı idi. O deyirdi ki, bədxərc o deyil, qardaşı Muatassimdir.

Üstündən neçə il keçəndən sonra Wikileaksin açıqladığı Amerika diplomatik telqeramlarından görünür ki, məhz Muatassim öz hərbi birləşməsini yaratmaq üçün Liviyanın Dövlət Neft şirkətinin sədrindən 1 milyard 200 milyon dollar istəyib.

Bu, milli təhlükəsizlik müşaviri olan Muatassimə öz qardaşı, xüsusi qoşunların komandanı Xamis üzərində üstünlük verəcəkdi.

QADDAFİ KORPORASİYASI

Wikileaks-ə görə, Amerika diplomatları Liviyanın birinci ailəsindən yazanda xüsusi ifadə işlədirlərmiş- “Qaddafi korporasiyası”.

2006-cı ilə aid teleqramın başlığı da məhz belədir.
Burda Qaddafi ailəsindəki azğın xərclərdən, öz aralarında amansız rəqabətdən və öz adamlarını necə qabağa itələməkdən söhbət gedir.

Qaddafinin uşaqlarının hamısı dövlət vəzifələrinə yerləşdirilsə də, onun 3 oğlu Coca-Colanın Liviyadakı gəlirlərinin Liviyaya çatan hissəsinə sahib olmaq üstündə bir-birlərini qırırdılar.

Telqeramda deyilirdi : “Qaddafinin bütün uşaqları və onun himayə etdiklərinin hamısı neft axınından paya malikdir”.

Məşhur Amerika müğənnisi Mariah Carey-ə 1 milyon verilməsi əhvalatı Karib dənizindəki Sant Barts adasında olub. Muatassim burda yeni ili belə qarşılayırdı. Careydən başqa Beyonce və Usher də dəvət olunmuşdu.

Mariah Carey



OVA YENİ ZELANDİYAYA

Muammar Qaddafinin ümumiyyətlə 8 uşağı var, onların 6-sı onun ikinci həyat yoldaşı Safiyadandır.

Qaddafinin bir oğlu Hannibal öz həyat yoldaşını fiziki incitməkdə ittiham olunandan sonra çıxıb Londona gedib.

Qaddafinin yaşca ən böyük ikinci oğlu Seif əl-İslam bayramları ovda keçirir. O, ova Yeni Zelandiyaya gedir.

Seif əl-İslam xeyriyyə cəmiyyəti olan Beynəlxalq Qaddafi Xeyriyyə və İnkişaf Fondunun prezidentidir.
O Haitidə zəlzələ olanda ora yüzlərlə ton yardım göndərdi.

2010-cu ilin diplomatik teleqramına görə, bir çox gənclər Seif əl-İslamı o biri qardaşlarından fərqli hesab edirdilər. Amerika diplomatları ilə təmasda olan Liviya gəncləri onu təhsilli, mədəni kimi təsvir edirdilər.
Ancaq bu, 2010-cu ildəki fikirlərdir.

İndi küçələrə çıxan gənclər bütün Qaddafi ailəsinin getməsini tələb edirlər.
Bazar ertəsi hakimiyyətdən televiziyaya çıxan da məhz Seif əl –İslam idi. O dedi ki, əgər xalq onun atasının ətrafında birləşməsə, “qan çaylıarı” axacaq.


QADDAFİNİN ÖZÜ HAQDA NƏ YAZIRDILAR?


Diplomatik teleqeramlar Liviya lideri 68 yaşlı Qaddafini sağlamlıq fobiyası olan adam kimi təsvir edir. Yəni Qaddafi xəstəlikdən, xəstələnməkdən qorxur. Onun bir qorxusu da var. Suyun üstü ilə təyyarədə uçmaqdan qorxur.

Qaddafi at yarışlarının azarkeşidir. O bir də flamenco rəqsini xoşlayır.

2008-ci ildə o vaxtki Dövlət katibi Condoleeza Rice Qaddafi ilə görüşəndə Rice-a deyiblər ki, “Qaddafi göz-gözə baxmaqdan yayınır”.

Qaddafinin fantastik ideyaları çoxdur. Onlardan biri vahid İsratin dövlətidir. Yəni İsrail və Fələstinin birləşdirilməsi.”

XS
SM
MD
LG