Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 21:11

Yəməndə daha bir nümayişçi öldürülüb

Yəmənin paytaxtı Sanada bir nümayişçi öldürülüb. Hadisə polisin etirazçıların universitet yaxınlığındakı düşərgəsini dağıdanda baş verib.

Həkimlərin verdiyi məlumata görə, dünən axşam düşərgəyə hücum edilərkən 11 nəfər yaralanıb. Yerli hüquq müdafiəçiləri isə deyirlər ki, polisin hücumu vaxtı 2 nümayişçi ölüb, 18 nəfər yaralanıb.

Yəməndə prezident Əli Abdulla Salehin istefası tələbi ilə keçirilən etiraz aksiyaları 2 həftədir davam edir. Bu müddətdə 12 nəfər həlak olub.

Əli Abdulla Saleh 32 ildir Yəməndə hakimiyyətdədir.
This item is part of
XS
SM
MD
LG