Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:10

Rusiya və Çİn BMT Təhlükəslik Şurasının Liviyayla bağlı qərar verməsinə qarşıdır


BMT Təhlükəsizlik Şurası Liviyadakı vəziyyəti bağlı qapılar arxasında müzakirə edib. Müzakirələr Muammar Qaddafini diktator elan edən Liviyanın BMT-dəki nümayəndəliyinin tələbiylə keçirilib.

Əvvəlcə Liviyanın BMT_dəki səfirinin müavini İbrahim Dabbashinin müraciətinin normalara uyğun olub olmaması araşdırılıb.

Müraciətdə BMT-dən böhrana müdaxilə etməsi və Liviya hava sahəsinin uçuşlara qapadılması üçün tədbirlər görülməsi istənilirdi.

Təhlükəsizli kŞurasının 3 daimi üzvü – ABŞ, Fransa və Brtiyaniya Liviyada etirazçılarlaa qarşı güc tətbiqinin pislənməsi təklifini dəstəkləyib. Çin və Rusiya isə bildiriblər ki, bu başqa birölkənin daxili işlərinə qarışmaq olardı.

Məsələylə bağlı bu gün daha bir müzakirə keçiriləcək.
XS
SM
MD
LG