Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:24

Liviya lideri televiziyayla çıxşında istefa verməyəcəyini deyib, xəbərdarlıq edir


Liviya lideri Muammar Qaddafi dövlət televizyasıyla çıxşında istefa verməyəcəyini deyib.

Qaddafi Liviyadan heç yerə getməyəcəyini və burda inqilabçılarla vuruşub şəhid olacağını bildirib.

Qaddafi ölkədəki olaylara görə Qərbi ittiham edib və öz tərəfdarlarını Çərşənbə günündən küçələrə çıxıb etirazçıları cəzalandırmağa çağırıb.

Qaddafi hələ ordunun gücündən istifadə eləmədiyini, amma lazım gəlsə edəcəyini deyib. Qaddafi xəbərdarlıq edib ki, əmri yerinə yetirməyənlər edam olunacaq.

Qaddafi bələdiyyələrin yaradılacağını, ara sakitləşəndən sonra dinc nümayişlərə icazə veriləcəyini və başqa islahatlardan danışıb.

Şahidlər və müxalifət bildirir ki, bir neçə şəhərdə, o cümlədən Tripoli və Benghazidə etirazçı kütləyə qarşı təyyarə və vertolyotlardan atəş açılıb, Tripolinin bəzi küçələri cəsədlərlə tıxanıb.

BMT təhlükəsllzik Şurası və Ərəb Ölkələri Liqası hazırda Liviyadakı vəziyyəti müzakirə edirlər.
XS
SM
MD
LG